Bir Də Başdan Lyrics – PRoMete
Singer: PRoMete
Title: Bir Də Başdan
Skit}
Xəstə: Bilirsiniz, mən bu gecə bir fikrə gəlmişəm
Daha doğrusu, sizinlə razılaşmaq istəyirəm
Həkim: Hıh, sən? Nə razılaşma? Axı sən…
Xəstə: Yox, yox, dayanın! Axı mən sizdən bu vaxta qədər heç nə istəməmişəm
Birinci dəfədir, sizdən bir şey istəyəcəm… Və son dəfə. Söz verirəm, son dəfə!
Həkim: Yaxşı, buyur…
Xəstə: Nə olar, hər şeyi geri qaytarın!…
Həkim: Başa düşmədim!
Xəstə: Mən başdan başlamaq istəyirəm…
Həkim: Aparın bunu öz palatasına!
Xəstə: Söz verirəm, hər şey başqa cür olacaq…
Həkim: Aparın bunu!
Xəstə: Mənə inanın….
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan…
Ya da elədiklərini silmək bacarığı olaydı, kaş ki, yaddaşdan
Nə ürəklər olardı onda buz parçası, nə oynanılardı oyunlar
Nə anlaşılmazlıqlar olardı, nə də ki, heç kimdə olmazdı baş daşdan
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan…
Beləcə sərhədlər də yığışardı, olmazdı möhkəmdən-yavaşdan
Ya da məftillərdən körpülər tikilərdi, tikanlar sökülərdi
Aralı qalmazdı bir də heç vaxt qardaş qardaşdan
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan…
Onda evim olardı çox sadə, ya taxtadan, ya da qamışdan!
Hər şeyi özümə dərd eləməzdim, dəli olardım, dərdimi çəkərdilər
Ya da özümü öldürərdim bu sosial quruluşlar qurulmamışdan
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan…
Dilinizi yalandan təmizlərdim, içinizi qorxudan-təlaşdan
Başa salmağa çalışardım ki, Adəm övladı, bu cür hərəkətlər yaraşmaz
Ya da olmasa, göyərçin olub sizi qurtarardım bu qanlı savaşdan
Necə asan olardı, hər bir addımımda tutan olsaydı əlimdən…
Düşünsəydilər yerimə, ən xoş sözləri desəydilər, amma dilimdən
Yəqin, bu, ən unudulmaz hiss olardı, hər kəsə özü qədər doğma görünmək
Amma bacara bilmirəm mən palaza bürünüb ellə sürünmək
Necə asan olardı, istəyəndə çönüb olmaq insan yox, kölgə…
Hər kəsi mümkün olsaydı sezmək, səni mümkün olmasaydı görmək
Hamıya ürəyimdən keçəni deyərdim onda çəkinmədən, bəlkə?!
Qorxutmazdı məni nə hədə, nə qorxu, nə də ki, heç bir təhlükə
Necə asan olardı, istəmədiyin səsləri mümkün olsaydı, söndürmək…
Ya da xoş olmayan xatirələri bir anda boğub, məhv edib öldürmək!
Onda olmazdı yer üzündə nə cinayətlər, nə cəzalar, nə türmə
Nə gözüyaşlılar olmazdı, nə də qəmlilər, asan olardı güldürmək
Necə asan olardı, hər cümlədə olmasaydı bir cümlə sətiraltı…
Lap körpə uşaq kimi tərtəmiz olardı onda bu şüuraltı
Yuxuları gecələr rahat yatardıq, nağıl kimi bir ömür yaşardıq
Lap sonda da kimsə göydən üç dənə qırmızı alma atardı!
Həkim: Kimin növbəsidir?
Find more lyrics at lyrics.jspinyin.net
You can purchase their music thru Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases
Other Popular Songs:
PRoMete - Mahnılar Bilir Kimə Yazılır
LaLo Towers - LaLo Quera
Bir Də Başdan – English Translation
Skit}
Patient: You know, I have come to an idea tonight
Rather, I want to agree with you
Doctor: HIH, are you? What an agreement? After all you …
Patient: No, no, stop! After all, I did not want anything from you to the moment
It’s the first time, I will want something from you … and for the last time. I promise, the last time!
Doctor: Well, says …
Patient: What will happen, return everything! …
Doctor: I didn’t understand!
Patient: I want to start from the beginning …
Doctor: Take it to your Chamber!
Patient: I promise, everything will be different …
Doctor: Take it!
Patient: Believe me ….
It would be easier, if you had to buy everything, then back …
Or I wish they could delete what they did,
What would be hearts of ice, what played games
What there would be misunderstandings nor in anyone, the headstone
It would be easier, if you had to buy everything, then back …
Thus, the borders were gathered, it would not be strong
Or bridges from wires were built, thorns were dismantled
There would never be about a brother brother
It would be easier, if you had to buy everything, then back …
Then my house would be very simple, or from a wooden or cane!
I wouldn’t worry about everything, I would be crazy, they would draw my pain
Or I would kill myself from this social structures
It would be easier, if you had to buy everything, then back …
I was cleansed by your tongue, from scary-anxious
I would try to explode that the son of Adam, such actions do not suit
Or not, don’t, I would save you and save you from this bloody war
How easy it would be, if I had to hold every step, I can …
If they thought they had the best words, but from my slice
Probably, it would feel the most unforgettable, looking so native to everyone
But I can’t do it I’m covered with palaza and crawl
How easy it would be to volley when you want, the shadow …
If everyone was possible to see, see if it was not possible
I’d say to everyone from my heart then, maybe without a hesitation?!
It would not be intimidated by what threats, no fear, no danger
It would be easy, if the sounds you don’t want to turn off …
Or to choke, destroy, destroy and kill memories of not pleasant memories!
Then there would be no crimes on earth, what penalties are, what crime
What awareness would not be, nor the grumpy would be easy to make laugh
How easy it would be, if you did not have a sentence on a sentence line …
If the baby would be a child as a child, then this is the unconscious
Sleeps slept comfortably at night, we would have a lifetime like a fairy tale
In the end, someone would throw three red apple from heaven!
Doctor: Whose turn is it?
Find more lyrics at lyrics.jspinyin.net
Lyrics PRoMete – Bir Də Başdan
Kindly like and share our content. Please follow our site to get the latest lyrics for all songs.
We don’t provide any MP3 Download, please support the artist by purchasing their music 🙂
You can purchase their music thru Disclosure: As an Amazon Associate and an Apple Partner, we earn from qualifying purchases