Lyrics H.O.S.T. Alliance – Prelüd

Prelüd Lyrics – H.O.S.T. Alliance

Singer: H.O.S.T. Alliance
Title: Prelüd

Əvvəlcə Allahdan həyat istədim, o mənə qaranlığı verdi. Sonra Allahdan işıq istədim, həmin gün mən doğuldum. Amma bu işıq çox parlaq oldu, mən qorxdum, ağlamağa başladım. Allaha yalvardım ki, məni qorusun. Elə həmin dəqiqə anam məni qucaqladı və mən sakitləşdim. Sonra Allaha şükür elədim, onda Allah mənim gözlərimi açdı. Başladım gülməyə, sonra böyüməyə, hər kəs kimi. Və bir gün, bir gün Allahdan xoşbəxtlik istədim, amma səs gəlmədi. Yenə dua etdim, yenə də xoşbəxtlik gəlmədi. Onda anladım ki, xoşbəxtliyimi özüm tapmalıyam və başladım axtarmağa. Gücdə, şöhrətdə, qızılda, kitabda, elmdə… Hər yeri gəzdim, dolaşdım. Hər kəsdən soruşdum. Amma hər dəfə insanlar mənə səhv yolu göstərdilər. Və hər dəfə xoşbəxtlik sandığım qapıları var gücümlə döyəndə qapıları açan olmadı. Açılanlarda da xoşbəxtlik olmadı. Tapa bilmədim və yorulub başladım qayıtmağa. Yolda qoca, müdrik bir dərvişlə qarşılaşdım və dedim: Xoşbəxtlik yoxdur. O isə dedi: Sən onu qıraqda axtarırdın, amma xoşbəxtlik sənin içindədir. Mən inanmadım. Onda dərviş əlimi götürdü və sinəmə qoydu, dedi: Qulaq as, döyüntünü eşidirsən? Bu sənin xoşbəxtliyindir, qapını döyür. Elə isə aç qapını…
İllər keçər, ağrılar bir gün mənə yuxu kimi gələr

Read more